Ana Sayfa > Səhiyyə / Dünya > İspaniya koronavirusdan ölənlərin sayına görə Çini ötdü

İspaniya koronavirusdan ölənlərin sayına görə Çini ötdü


26-03-2020, 15:34. Yazar: sevinc1
İspaniya koronavirusdan ölənlərin sayına görə Çini ötdü




İspaniyada sutka ərzində yeni növ koronavirusdan 655 nəfər ölüb.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bununla virusdan ölənlərin sayı 3600-ü keçib.

Beləliklə, İspaniya koronavirusdan ölənlərin sayına görə Çini ötərək İtaliyadan sonra ikinci yeri tutub.

Qeyd edək ki, ölkədə koronavirus yoluxanların sayı 50 minə yaxınlaşıb.

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 3287 nəfərdir.

Aia.Az
Geri dön