Ana Sayfa > Karusel > “Azərişıq” əhaliyə müraciət etdi: Həqiqəti əks etdirmir...
“Azərişıq” əhaliyə müraciət etdi: Həqiqəti əks etdirmir...25-03-2020, 15:49. Yazar: sevinc1 |
Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - "Abonentlərin nəzərinə xəbərdarlıq" - İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq" - ünvanı məlum olmayan elanlara rast gəlinir. Yayılan elanların "Azərişıq" ASC-yə heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır. Bu barədə Aia.Az-a ASC-dən verilən məlumatda bildirilir. Qeyd edilir ki, "Azərişıq" ASC tərəfindən aparılan yenidənqurma, təmir-tikinti, elanlar və s. işlər cəmiyyətin Mətbuat Xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir. Geri dön |