Ana Sayfa > Manşet > Koronavirus əşyaların səthində nə qədər canlı qalır?

Koronavirus əşyaların səthində nə qədər canlı qalır?


25-03-2020, 15:26. Yazar: sevinc1
Koronavirus əşyaların səthində nə qədər canlı qalır?





ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi koronavirus infeksiyasının əşyaların səthi üzərində nə qədər müddətdə yaşaması ilə bağlı araşdırma aparıb.

Aia.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalara əsasən, Covid-19 səth üzərində təxmin edildiyi kimi, 3 gün deyil, bundan 5 dəfə çox müddətdə qala bilir. Belə ki, Yaponiyadakı “Diamond Princess” və Kaliforniyadakı “Grand Princess” gəmilərində karantində qalan sərnişinlərin təxliyyəsindən 17 gün sonra da salonlarda virusun izlərinə rast gəlinib.

Beləliklə, virusun 5 qat daha artıq canlı qala bildiyi qənaətinə gəlinib.
Geri dön