Ana Sayfa > Karusel / Ölkə > Koronavirusla Mübarizəyə Dəstək Fondu “ASAN ödəniş” sistemində

Koronavirusla Mübarizəyə Dəstək Fondu “ASAN ödəniş” sistemində


24-03-2020, 20:37. Yazar: sevinc1
Koronavirusla Mübarizəyə Dəstək Fondu “ASAN ödəniş” sistemində



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən "ASAN ödəniş" sisteminə Koronavirusla Mübarizəyə Dəstək Fondu üzrə ödənişlər inteqrasiya olunub.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün ianə etmək istəyən hər bir hüquqi və ya fiziki şəxs ödənişləri sistem üzərindən istənilən yerdən, 24/7 rejimində həyata keçirə bilər.

Fonda ödəniş etmək istəyən şəxs www.asanpay.az portalında və ya "ASAN Ödəniş" mobil tətbiqində "digər xidmət ödənişləri" bölməsinə daxil olaraq "Koronavirusla Mübarizəyə Dəstək" düyməsinin üzərinə klik edir. Bundan sonra FİN və ya VÖEN üzrə axtarış edərək ödənişi həyata keçirir.

Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 113 məhkəmə orqanı, 7 publik hüquqi şəxs, dövlətə məxsus 10 hüquqi şəxs və 2 təhsil müəssisəsi olmaqla 241 dövlət qurumunun cərimə, vergi rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 600-dən artıq xidməti üzrə ödənişləri "ASAN ödəniş" sistemi vasitəsi ilə həyata keçirilir.

Koronavirusla Mübarizəyə Dəstək Fondu 2020-ci il 19 mart tarixində Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı ilə yaradılıb.

aia.az
Geri dön