Ana Sayfa > Karusel / Səhiyyə > Gürcüstan azərbaycanlıları koronavirus testindən keçiriləcək

Gürcüstan azərbaycanlıları koronavirus testindən keçiriləcək


24-03-2020, 20:23. Yazar: sevinc1
Gürcüstan azərbaycanlıları koronavirus testindən keçiriləcək







Gürcüstanda ilk olaraq azərbaycanlıların yaşadığı Marneuli rayonunun sakinləri koronavirusla bağlı test olunacaqlar.

Aia.az xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, Gürcüstan bu gün Çindən koronavirusu sürətlə aşkarlayan testlər əldə edəcək: “İlk növbədə, Marneuli əhalisi bu testlər vasitəsilə yoxlanılacaq. Bu, bizə epidemiya və virusun yayılma dinamikasına müəyyən səviyyədə nəzarət etməyə imkan verəcək”.

Qeyd edək ki, ötən gündən Marneulidə ciddi karantin rejimi qüvvədədir.
Geri dön