Ana Sayfa > Manşet > Cəbhədəki son vəziyyət! Düşmənin təxribatının qarşısı alınıb, atışma davam edir

Cəbhədəki son vəziyyət! Düşmənin təxribatının qarşısı alınıb, atışma davam edir


24-03-2020, 13:07. Yazar: sevinc1
Cəbhədəki son vəziyyət! Düşmənin təxribatının qarşısı alınıb, atışma davam edir



Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Aia.az-a verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin meyiti qoşunların səngərləri arasındakı ərazidə qalır.

Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

aia.az
Geri dön