Ana Sayfa > Manşet / Səhiyyə > Ölkədə havanın temperaturu normadan 4,5 dərəcə yuxarı olub

Ölkədə havanın temperaturu normadan 4,5 dərəcə yuxarı olub


24-03-2020, 13:05. Yazar: sevinc1
Ölkədə havanın temperaturu normadan 4,5 dərəcə yuxarı olub






Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aia.az-a bildirilib ki, martın 24-ü gündüzədək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib. Sumqayıt, Naftalan, Gəncə, Şəmkir, Qrız, Tərtər, Zərdab, Göyçay, Biləsuvar, Lerik, Sarıbaşda (Qax) duman müşahidə olunub.

Havanın temperaturu martın 23-də iqlim normasından 4.5 dərəcə yuxarı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək isti, Aran rayonlarında 17-19 dərəcə isti, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb, Naxçıvan MR-da temperatur 18 dərəcəyədək yüksəlib.
Geri dön