Ana Sayfa > Manşet / İqtisadiyyat > “FORTİS GROUP” koronavirusla mübarizəyə vəsait ayırdı

“FORTİS GROUP” koronavirusla mübarizəyə vəsait ayırdı


22-03-2020, 20:04. Yazar: sevinc1
“FORTİS GROUP” koronavirusla mübarizəyə vəsait ayırdı






Tikinti materialları istehsalçısı “FORTİS GROUP” şirkəti Azərbaycanın tibbi təhlükəsizliyi naminə ölkə rəhbərliyi tərəfindən təsis edilmiş layihəyə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat pul köçürüb.

Aia.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Qeyd edilib ki, “FORTİS GROUP” şirkətinin rəhbərliyi və kollektivi cəmiyyət qarşısında sosial məsuliyyətlərinin bir hissəsi olaraq, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləməyi öz vəzifəsi hesab edir.

Koronavirusla Mübarizəyə Dəstək Fondu ölkə başçısı cənab İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.

aia.az
Geri dön