Ana Sayfa > Manşet / Təhsil > Sumqayıt Dövlət Universitetində dərslər onlayn formada davam etdirilir

Sumqayıt Dövlət Universitetində dərslər onlayn formada davam etdirilir


19-03-2020, 14:19. Yazar: sevinc1
Sumqayıt Dövlət Universitetində dərslər onlayn formada davam etdirilir




Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq Sumqayıt Dövlət Universitetində tədris olunan dərslər onlayn formada WhatsApp qrupu əsasında təşkil olunub.Tətbiq etdiyimiz onlayn təhsil əyani təhsilin alternativi kimi düşünülüb və bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan tələbələr dərslərə cəlb olunub. Onlayn təhsilə qoşulmaq üçün mobil telefon və internet yetərlidir. Tədrisin təşkili üçün təyin olunan qrup rəhbəri təhsil alan bütün tələbələrin və dərs deyən müəllimlərin adlarını WhatsApp qrupuna daxil edir. Müəllim mühazirə materiallarını tələbənin e-mail ünvanına göndərir və nəticə etibarilə tələbə lazımi ədəbiyyatla təmin olunur.

Burada dərslər universitetdə keçirilən dərs cədvəllərinə uyğun aparılır, mühazirə müəlliminin mühazirəsi WhatsApp qrup tələbələrinin hamısının iştirakı ilə oxunulur. Mühazirə və məşğələ müəllimlərinin birgə işləməsi nəticəsində tələbələrə dərslər aydın şəkildə başa salınır. Həmçinin onlayn dərs zamanı hər bir tələbənin müəllimə sual vermək imkanı vardır. Müəllim mühazirə materiallarını tələbənin e-mail ünvanına göndərir və nəticə etibarilə tələbə lazımi ədəbiyyatla təmin olunur.

Dərslərin bu şəkildə təşkil olunması valideyn və tələbələr tərəfindən razılıqla qarşılanır.

aia.az
Geri dön