Ana Sayfa > Ölkə > Bakıda avtobuslar dezinfeksiya edilir

Bakıda avtobuslar dezinfeksiya edilir


27-02-2020, 11:07. Yazar: sevinc1
Bakıda avtobuslar dezinfeksiya edilir


"Xaliq Faiqoğlu” şirkəti tərəfindən avtobusların həm çöl hissələrinin, həm də salonunun hər gün yuyulub-təmizlənməsi həyata keçirilir".

Şirkətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcədən müəyyən edilmiş proqrama əsasən müntəzəm olaraq nəqliyyat vasitələri dezinfeksiya edilir:

"Bu məqsədlə ixtisaslaşmış təmizlik şirkəti ilə müqavilə imzalanıb və dezinfeksiya, eləcə də kimyəvi təmizləmə prosesi tələblərə uyğun formada həyata keçirilir. Son vaxtlar dünyada vüsət alan virusla əlaqədar şirkət tərəfindən dezinfeksiya işlərinə diqqət daha da artırılıb və bu həftənin bazar günü saat 10:30-dan etibarən avtobusların yenidən dezinfeksiyası planlaşdırılır".


aia.az
Geri dön