Ana Sayfa > Karusel / Cəmiyyət > Külək Goranboyda fəsadlar törətdi

Külək Goranboyda fəsadlar törətdi


26-02-2020, 10:27. Yazar: sevinc1
Külək Goranboyda fəsadlar törətdi


25 fevral 2020-ci il tarixdə saat 09:30 radələrindən Goranboy rayonunda başlanan güclü külək nəticəsində, rayonun Qızılhacılı qəsəbə Ərazi Dairəsi üzrə Nümayəndəliyin Aşağı Ballıqaya kənd sakiniləri, 1977-ci il təvəllüdlü Məmmədov Mayıl Zabit oğluna məxsus ümumi sahəsi 78 kv.metr olan yardımçı binanın, 1989-cu il təvəllüdlü Hacıyev Tural Fərhad oğluna məxsus ümumi sahəsi 40 kv.metr olan fərdi yaşayış evinin, Xan Qərvənd kənd sakinləri 1979-cu il təvəllüdlü Şirinov Mahir Əli oğluna məxsus ümumi sahəsi 120 kv.metr olan fərdi yaşayış evinin və 1974-cü il təvəllüdlü Məmmədov Müzəffər Elxan oğluna məxsus ümumi sahəsi 112 kv.metr olan yardımçı binanın dam örtüklərini uçurmuşdur.

Bundan başqa saat 11:30-dan-17:40-dək rayonun 16 yaşayış məntəqəsində o cümlədən, Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Qazanbulaq qəsəbələri, Düzqışlaq, Şadılı, Muzdurlar, Veysili kəndi Yeni qəsəbə, Xoylu, Yəhərçi Qazaxlar, Nadirkənd, Rəhimli, Rus Borisi, Şəfəq, Gürzallar, Tap Qaraqoyunlu və Xan Qərvənd kəndlərində elektrik enerjisinin verilişində fasilələr olmuşdur.

aia.az
Geri dön