Ana Sayfa > Karusel / Siyasət > İcma sədri:

İcma sədri:


24-02-2020, 10:35. Yazar: sevinc1
İcma sədri:


"Xankəndidə 16-17 minə yaxın azərbaycanlı yaşayırdı, Şuşada əhalinin 99 faizi azərbaycanlı idi. Yəni biz demirik ki, gedək Xankəndindən erməniləri qovaq, ancaq azərbaycanlılar məskunlaşsın”.

Bunu "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın rəhbəri Tural Gəncəliyev deyib.

"Əvvəldə də olduğu kimi qonşu kimi yaşaya bilərik. Hər halda biz o torpaqlara qayıtdıqdan, erməni işğalçıları o torpaqlardan çıxdıqdan sonra yerli ermənilərlə normal münasibətlər qurub, yola gedə bilərik. Yetər ki, Ermənistanın işğalçı qüvvələri ordan çıxsınlar. Mümkün olmayan bir şey yoxdur. Sovet, Çar Rusiya dövründə Azərbaycan ermənilərə qucaq açıb, onlara mehriban münasibət göstərib. Düzdür, onlar bundan istifadə etsələr də, biz Azərbaycanın bütövlüyü çərçivəsində yenidən birgə yaşaya bilərik” – T.Gəncəliyev qeyd edib.Modern.az

aia.az
Geri dön