Ana Sayfa > Manşet / Təhsil > Bakıda əməkdaşların işə gəlməməsinə görə xəbərdarlıq olunan direktorla bağlı

Bakıda əməkdaşların işə gəlməməsinə görə xəbərdarlıq olunan direktorla bağlı


21-02-2020, 09:58. Yazar: sevinc1
Bakıda əməkdaşların işə gəlməməsinə görə xəbərdarlıq olunan direktorla bağlı



Bir müddət əvvəl paytaxtdakı Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməməsi il bağlı xəbər yayılıb.

Oxu.Az-ın əməkdaşı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə əlaqə saxlayaraq, məsələ barədə məlumat əldə etmişdi.

Qurumdan bildirilmişdi ki, məsələ araşdırılır.

BŞTİ-dənOxu.Az-ın sorğusuna cavab olaraq deyilib ki, paytaxtda yerləşən Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməmələri ilə bağlı daxil olmuş məlumat araşdırılıb:

"Aparılmış araşdırmanın nəticələrinə əsasən müəyyən edilib ki, məktəbin üç nəfər kiçik xidmətedici işçisi işə gəlmədiyinə görə, onların vəzifə funksiyaları həmin məktəbdə müvafiq olaraq kiçik xidmətedici işçilər kimi cəlb edilmiş digər şəxslər tərəfindən yerinə yetirilib və hesablanmış əməkhaqqını onlar alıblar.

Əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görəSəbail rayonu 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilib”.

"Onu da qeyd edək ki, müvafiq nöqsanlar aparılan araşdırmadan öncə məktəbin direktoru tərəfindən aşkarlanaraq aradan qaldırıldığı üçün bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmayıb.

Müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi bundan sonra da hər zaman diqqət mərkəzində saxlanılacaq”, - deyə açıqlamada qeyd edilib.

aia.az
Geri dön