Ana Sayfa > Dünya > Türkiyə İdlibdə hərbi əməliyyata başladı

Türkiyə İdlibdə hərbi əməliyyata başladı


20-02-2020, 16:02. Yazar: sevinc1
Türkiyə İdlibdə hərbi əməliyyata başladı


Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşşar Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb.


Türkiyə ordusu rejim qüvvələrinin Serakibdəki qərargahlarını reaktiv yaylım atəş sistemi vasitəsilə atəşə tutub.



Bundan başqa, sosial şəbəkələrin müxalifətə yaxın səhifələrində yayılan məlumata görə, müxalif qüvvələr Rusiyaya aid 2 kəşfiyyatçı PUA-nı və B.Əsəd qüvvələrinə məxsus 1 tankı məhv edib.



Hökumətə yaxın mənbələrin bildirdiyinə görə isə, Rusiya hərbçiləri Serakib, Neyrab və Maarat ən-Numan şəhərlərindən çəkilməyə başlayıblar.



Məlumata görə, Suriyanın Bilal Bakkour adlı generalı da öldürülüb.



“CNN Türk”ün xəbərinə görə, Türkiyə İdlibdə B.Əsəd qüvvələrinin hücumlarının qarşısını almaq üçün bölgəyə tank və xüsusi təyinatlılar göndərib, hazırda bu proses davam edir.Report

aia.az
Geri dön