Ana Sayfa > Dünya > Çindən kənarda yeni növ koronavirusa yoluxanların sayı 500 nəfəri ötüb

Çindən kənarda yeni növ koronavirusa yoluxanların sayı 500 nəfəri ötüb


14-02-2020, 09:59. Yazar: sevinc1
Çindən kənarda yeni növ koronavirusa yoluxanların sayı 500 nəfəri ötüb


Çindən kənarda yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 500 nəfəri ötüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Çinin "CGTN" dövlət telekanalı xəbər verir.

Məlumata əsasən, 63 mindən artıq yoluxanlardan 505 nəfəri Çindən kənardadır.

Qeyd edək ki, Çində yeni növ COVID-19 koronavirusundan ölənlərin sayı 1380 nəfərə çatıb. Ölkədə yeni növ koronavirusa yoluxanların sayı 63851 nəfərə çatıb, xəstəlikdən sağalanların sayı isə 6723 nəfər təşkil edib.

aia.az
Geri dön