Ana Sayfa > Ölkə > Abşeron rayonunda 4 qəsəbə və 1 kənd ərazisində yollar təmir edilir

Abşeron rayonunda 4 qəsəbə və 1 kənd ərazisində yollar təmir edilir


13-02-2020, 10:16. Yazar: sevinc1
Abşeron rayonunda 4 qəsəbə və 1 kənd ərazisində yollar təmir edilir


Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərin icrasına start verib.

Agentlikdən aia.az-a bildirilib ki, imzalanan sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19.7 milyon (on doqquz milyon yeddi yüz min) manatı ayrılıb.

Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29.2 kilometr olan 17 küçədə təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, artıq bu istiqamətdə işlərə başlanılıb. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 250 min kv.m-dən çoxdur.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Təmiri aparılan və nəzərdə tutulmuş küçələr Mehdiabad qəsəbəsi üzrə Qara Qarayev, Cəfər Cabbarlı, Əhməd Cavad və Çingiz Mustafayev, Qobu qəsəbəsi üzrə Mirzə Ələkbər Sabir, Qara Qarayev, Aşur Həsənbalayev, Çingiz Mustafayev və Sona Salmanova, Ceyranbatan qəsəbəsi üzrə Heydər Əliyev, Masazır kəndi üzrə Qaçaq Nəbi, Hacı Zeynalabdin Tağıyev, Faiq Həsənov, Nazim Əsədov, Akim Abbasov və Şıxəli Qurbanov küçələri, Saray qəsəbəsi üzrə isə Mikayıl Müşfiq küçəsi və Heydər Əliyev prospektidir.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

aia.az
Geri dön