Ana Sayfa > Təhsil > Məktəbəhazırlıq qruplarına və I sinifə sənəd qəbulu ilə bağlı yeni tələb qoyulub

Məktəbəhazırlıq qruplarına və I sinifə sənəd qəbulu ilə bağlı yeni tələb qoyulub


12-02-2020, 10:54. Yazar: sevinc1
Məktəbəhazırlıq qruplarına və I sinifə sənəd qəbulu ilə bağlı yeni tələb qoyulub


Bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinifinə qəbul üçün sənəd qəbulu ilə bağlı yeni tələb qoyulub.

Trend Təhsil Nazirliyinin məlumatına əsasən bildirir ki, Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.

Qeyd edək ki, indiyədək Azərbaycan vətəndaşları üçün I sinfə qəbul zamanı valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti tələb olunurdu.

Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi, xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti, digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi tələb olunub.

aia.az
Geri dön