Ana Sayfa > Siyasət > DSK protokollarının MSK-ya təqdim edilməsi başa çatıb

DSK protokollarının MSK-ya təqdim edilməsi başa çatıb


12-02-2020, 09:55. Yazar: sevinc1
DSK protokollarının MSK-ya təqdim edilməsi başa çatıb


Azərbaycanda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası (DSK) protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması müddəti başa çatıb.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, protokollar dairə seçki komissiyaları tərəfindən səsvermə günündən ən geci 2 gün keçənədək, yəni 2020-ci il fevralın 12-dək təqdim edilməlidir.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasın məlumatına əsasən, 125 dairə seçki komissiyasının hamısı artıq protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edib.

aia.az
Geri dön