Ana Sayfa > Karusel / Səhiyyə > Koronavirus şübhəsi ilə karantinə alınanlarda problem aşkarlanmayıb -

Koronavirus şübhəsi ilə karantinə alınanlarda problem aşkarlanmayıb -


7-02-2020, 09:54. Yazar: sevinc1
Koronavirus şübhəsi ilə karantinə alınanlarda problem aşkarlanmayıb -


Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöəsində müalicə alan xəstələrlə bağlı son məlumatı açıqlayıb.



Qurumların mətbuat xidmətindən aia.az-a daxil olan birgə məlumata görə, fevral ayının 7-si üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 3 nəfər müalicə alır:



“Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb”.



Rəsmi məlumata görə, xəstəlik alovlanan ərazidən gələnlər xüsusi ayrılmış tibb müəssisəsində saxlanılırlar:



“Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar”.

aia.az
Geri dön