Ana Sayfa > İqtisadiyyat > Azərbaycan 27 ölkə üçün peyk xidməti göstərir

Azərbaycan 27 ölkə üçün peyk xidməti göstərir


29-01-2020, 13:29. Yazar: sevinc1
Azərbaycan 27 ölkə üçün peyk xidməti göstərir


2019-cu il ərzində “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 43,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən aia.az-a verilən məlumata görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib.

2019-cu ilin dekabr ayında isə “Azərkosmos” ASC dünyanın 22 ölkəsinə 2,9 milyon ABŞ dolları dəyəri xidmət ixrac edib. 2018-ci illə müqayisədə 2019-cu ildə “Azərkosmos” ASC-nin xidmət ixracı 70 faiz artıb.

“Azərkosmos” ASC-nin 2018-ci il ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq, Malaziya, BƏƏ və digərləridir.

aia.az
Geri dön