Ana Sayfa > Manşet / Siyasət > Fəzail Ağamalının şəhid ailələri və seçicilərlə fərdi görüşləri davam edir -

Fəzail Ağamalının şəhid ailələri və seçicilərlə fərdi görüşləri davam edir -


27-01-2020, 12:17. Yazar: sevinc1
Fəzail Ağamalının şəhid ailələri və seçicilərlə fərdi görüşləri davam edir -

60 saylı Salyan - Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı növbəti dəfə Qarabağlı və Təzəkənd ərazisində şəhid ailələri və əlillərlə görüşüb. aia.az xəbər verir ki, Qarabağ döyüşləri zamanı şəhid olmuş, Ağayev Bəxtiyar Vaqif oğlu, Səfərov Qulam Ədalət oğlu, Soltanov Xosrov Qabil oğlu, Muradov Faiq Valeh oğlu, Şahbazov Zaur Əsgər oğlunun ailələri və eyni zamanda fiziki məhdudiyyəti olan Məmmədov Cəlil və Qaraxanov Abbas ziyarət olunub. Seçicilər bu addımı yüksək qiymətləndirib, 09 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini bildiriblər.

















Geri dön