Ana Sayfa > Cəmiyyət > FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb

FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb


26-01-2020, 12:41. Yazar: sevinc1
FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb



Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonunda “Mercedes” markalı sərnişin avtobusu və “VAZ” markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub.

Nazirlikdən aia.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

aia.az
Geri dön