Ana Sayfa > Dünya > ABŞ əsgərləri rus generala imkan vermədi -

ABŞ əsgərləri rus generala imkan vermədi -


26-01-2020, 11:23. Yazar: sevinc1
ABŞ əsgərləri rus generala imkan vermədi -


Hazırda Suriyada rus və ABŞ əsgərləri arasında tamamilə normal və peşəkar münasibət var.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin amerikalı əsgərlərin Menbiçdə rus ordusunun generalının qarşısını alması ilə bağlı açıqlamasına cavab olaraq qeyd edib.

Menbiçdə təxminən 14 ay əvvəl həqiqətən də rusiyalı generala ABŞ əsgərləri tərəfindən maneə törədildiyini təsdiqləyən nazirlik o dövrdə şəhərə ABŞ liderliyindəki koalisyanın, kürd qüvvələrinin və Suriya ordusunun nəzarət etdiyini bildirib:

"Biz ABŞ qüvvələrinin harada olmasından xəbərdarıq, ABŞ tərəfi də rus hərbçilərinin harada xidmət etdiyini bilir. Kəsişmə yerlərində razılaşdırılmamış hərəkətlər nəticəsində ortaya çıxan problemlər qarşıdurmaların qarşısını alan kanallar üzərindən təcili şəkildə həll edilir”.

aia.az
Geri dön