Ana Sayfa > Manşet / Siyasət > Kamaləddin Qafarov M.Ə. Rəsulzadə qəsəbəsində növbəti görüş keçirib

Kamaləddin Qafarov M.Ə. Rəsulzadə qəsəbəsində növbəti görüş keçirib


26-01-2020, 09:54. Yazar: sevinc1
Kamaləddin Qafarov M.Ə. Rəsulzadə qəsəbəsində növbəti görüş keçirib




Yeni Azərbaycan Partiyası tərəfindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun Binəqədi rayonunda seçicilərlə görüşləri davam edir. O, yanvarın 25-də M.Ə. Rəsulzadə qəsəbəsinin bir qrup sakini ilə görüşmüşdür.

K.Qafarov əvvəlcə seçicilərə ölkədə son dövrdə baş vermiş inkişaf və sosial tərəqqi barədə məlumat vermiş, cəmiyyət həyatının bütün sahələrinin dinamik inkişafının rəhni olan islahatlar barədə ətraflı söz açmışdır. O, islahatlar prosesinə ölkənin bütün sosial qruplarının dəstək verməsinin zəruriliyini xüsusi vurğulamışdır.

Sonra Kamaləddin Qafarov görüşə toplaşan seçicilərin çoxsaylı suallarını cavablandırmış, növbədənkənar parlament seçkilərinin keçirilməsinin siyasi, ideoloji və sosial səbəblərini izah etmişdir.

Görüşdə iştirak edən seçicilər fevralın 9-da yüksək fəallıq göstərəcəklərini və ən layiqli namizədlərə səs verəcəklərini bildirmişlər.


aia.az













Geri dön