Ana Sayfa > Karusel / Səhiyyə > ÜST yeni koronavirus səbəbi ilə təcili iclas çağırır

ÜST yeni koronavirus səbəbi ilə təcili iclas çağırır


21-01-2020, 10:00. Yazar: sevinc1
ÜST yeni koronavirus səbəbi ilə təcili iclas çağırır


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreisus Çində koronavirusun yeni növünün yayılması səbəbi ilə yanvarın 22-si fövqəladə vəziyyət üzrə Komitənin təcili iclasını keçirəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ÜST-nın rəsmi "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "ÜST-nın baş direktoru Tedros Adanom Gebreisus yeni koronavirus 2019-nCoV ilə əlaqədar beynəlxalq səhiyyə standartlarına uyğun olaraq fövqəladə vəziyyət üzrə komissiyanın təcili iclasını çağırır. Komitənin iclası çərşənbə günü, yanvarın 22-si keçiriləcək".

Komitə virusla mübarizə üçün tövsiyələrin hazırlanması üzərində də işləyəcək.

aia.az
Geri dön