Ana Sayfa > Manşet / Ölkə > Kəmaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - FOTOLAR

Kəmaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - FOTOLAR


20-01-2020, 19:49. Yazar: sevinc1
Kəmaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - FOTOLAR


9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Azərbaycan Respublikası Mİlli Məclisinə deputatlığa namizəd Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir. K.Qafarov bu gün -20 Yanvar 1990 –cı il hadisələrinin 30 illiyi günü Binəqədi rayonu ərazisində yaşayan, bədnam sovet imperiyasının təpədən dırnağadək silahlanmış işğalçı qüvvələrinin paytaxtımızda dinc əhaliyə hücum çəkərkən zərər görmüş insanların ailələrini ziyarət edib.

Rayonun Xutor qəsəbəsində yaşayan Nənəbəyim Quliyevanın 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən qırğın zamanı 3 oğlu şəhərin müxtəlif ərazilərində işğalçılarla üzbəüz qalıb. Onlardan ikisi sonralar qayıdıb gəlsə də, üçüncü oğlu Bəxtiyarı iki gün nə həlak olanların, nə də sağ qalanların içərisində tapmaq olub. Yalnız qırğından 3 gün sonra onu ağır yaralanmış halda meyitlərin arasından tapıb çıxarıblar. Kürəyindən ağır güllə yarası almış Bəxtiyar Hüseynov 11 il I qrup əlil kimi həyat mücadiləsi etsə də, 2001-ci ildə bu dünyaya gözlərini əbədi yumub.
Kamaləddin Qafarovun şəhidin qohumları və əzizləri görüş zamanı o məşum günlər bir daha xatırlanıb. Vətən uğrunda canından keçən cəsur, mərd insanlar böyük ehtiram və rəğbətlə yad edilib. K.Qafarov dövlətimizin, ölkə Prezidenti İlham Əliyev cənablarının 20 Yanvar şəhidlərinin ailələrinin maksimum qayğı və diqqətlə əhatə olunması istiqamətində atılmış mühüm addımlardan ətraflı bəhs edib. Xalqımızın, hökumətimizin şəhidlərin xatirəsinin bundan sonra da daim uca tutacağına əmin olduğunu xüsusi vurğulayan K.Qafarov şəhid ailəsinin güzaranı və qayğıları ilə maraqlanıb.
Şəhid anası N.Quliyeva ailələri üçün ağır və kədərli gündə dərdlərini onlarla birlikdə bölüşdüyünə, oğlunun xatirəsinə göstərdiyi ehtirama görə K.Qafarova öz razılığını bildirib.
Binəqədi rayonunun 22-ci Dağlıq küçəsinin sakini , II qrup 20 Yanvar əlili Soltan Xəlilov üçün parlamentə növbəti çağırış deputat seçilmək üçün namizədliyini irəli sürmüş Kamaləddin Qafarovun 20 Yanvar günü onun yaşadığı evə gəlməsi çox gözlənilməz olub. 80 yaşlı əmək veteranı K.Qafarovu səmimiyyətlə qarşılayıb, dövlətin onlar üçün nəzərdə tutduğu imtiyazların genişləndiyini və son dövrdə sosial vəziyyətlərinin xeyli yaxşılaşdığını qeyd edib. Pensiyaların, maaşların, imtiyazların xeyli artdığını razılıqla vurğulayıb.
Kamaləddin Qafarov 20 Yanvar hadisələrinin xalqımızın milli-azadlıq hərəkatı tarixində çox önəmli bir yer tutduğunu bildirərək, gələcək nəsillərin də bu tarixi hadisəyə adekvat münasibət göstərəcəklərinə inam ifadə edib. O, göstərib ki, 20 Yanvar şəhidləri və qazilərinin hünəri ölkəmizin qanuni milli qürur və iftixar mənbəyidir.
Səmimi çay süfrəsi arxasında keçən görüş zamanı S.Xəlilovun qayğı və problemləri, onların aradan qaldırılması məsələləri geniş müzakirə olunub. Kamaləddin Qafarov 20 Yanvar faciəsinin qurbanlarının və qazilərinin ailələrinin problemlərinin həll edilməsinin dövlətimizin bütün strukturlarınun diqqət mərkəzində dayandığını və prioritet bir məsələ olduğunu qeyd edib.

AİA.Az








Geri dön