Ana Sayfa > Təhsil > SDU-da “20 Yanvar qəhramanlıq və qürur günümüzdür” adlı tədbir keçirildi -

SDU-da “20 Yanvar qəhramanlıq və qürur günümüzdür” adlı tədbir keçirildi -


17-01-2020, 17:37. Yazar: sevinc1
SDU-da “20 Yanvar qəhramanlıq və qürur günümüzdür” adlı tədbir keçirildi -

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Elə buna görə 20 Yanvar hər il təkcə Ümumxalq Hüzn Günü kimi deyil, qəhrəmanlıq, milli qürur, məğrurluq günü kimi də qeyd olunur. Yanvarın 17-də Sumqayıt Dövlət Universitetində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş “20 Yanvar qəhramanlıq və qürur günümüzdür” adlı tədbir keçirildi.

Professor-müəllim və tələbə heyəti universitetin həyətində ölkəmizin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş məzun şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzdülər və onların xatirəsini ehtiramla yad etdilər.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru professor Elxan Hüseynov 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda törədilən qanlı hadisələrin tarixindən danışdı, Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirdi. Diqqətə çatdırdı ki, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.Rektor onu da vurğuladı ki, 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı səfirliyinə gedərək xalqımızın kədərini bölüşməsi və qırmızı rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi.Uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləyən, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olan, SSRİ rəhbərliyinin qəzəbinə tuş gələrək təqaüdə göndərilən Heydər Əliyev yenə də bütün məhrumiyyətlərə baxmayaraq o ağır günlərdə xalqının sırasında, onunla birgə, həmrəy oldu. Heydər Əliyev bəyanatı ilə əslində Azərbaycanda gedən proseslərə qiymət verdi.Məhz Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldı. Rektor onu da vurğuladı ki, Azərbaycanın azadlığı uğrunda canlarından

keçən şəhidlərin xatirəsi daim əziz tutulur, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunur. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı həmişə dövlət başçısı cənab İlham Əliyevin diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir, Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.

Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova “ 20 Yanvar – Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin zirvəsidir”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Pərviz Cəfərov “Azərbaycan xalqını milli birliyə aparan yol 20 Yanvardan keçir”, Filologiya fakültəsinin IV kurs tələbəsi Qəmər Mahmudova “20 Yanvar poeziyamızda” mövzularında çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam haqqında ətraflı bəhs etdilər, 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndirdilər. Bildirdilər ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda savaşmaq əzmini cəsarətlə nümayiş etdirdiyi şərəfli bir tarixdir. Natiqlər 20 yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində və müstəqil dövlətçilik ənənələrinin inkişafındakı rolunu qeyd etdilər. Azərbaycanın tarixinin öyrənilməsi, həqiqətlərin dünya ictimayyyətinə çatdırılmasında gənclərin fəallığının daha da artırılmasının zərurətini qeyd etdilər.

Tədbirdə tələbələrin ifasında vətənpərvərlik ruhunda “Qanlı Yanvar hadisələri” nə həsr olunmuş şeirlər səsləndirildi.

Çıxışlardan sonra faciəni özündə əks etdirən “ 20 Yanvar Qan yaddaşımız” adlı sənədli film nümayiş olundu.

Sonra Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov şəhid ailələrini qəbul etdi. Onların maddi-mənəvi problemləri ilə maraqlandı, şəhid ailələrinə maddi yardım göstərildi.

Şəhid ailələri adından çıxış edən Həmzə Adıyevin bacısı Səadət Adıyeva bildirdi ki, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımız tərəfindən daim uca tutulur, hər il bu hadisənin ildönümü dövlət səviyyəsində böyük ehtiramla qeyd olunur. Səadət Adıyeva göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, həmçinin universitet rəhbərliyinə dərin minnətdarlığını ifadə etdi.

aia.az







Geri dön