Ana Sayfa > Karusel > Kürdəmirin Xırdapay kəndində səyyar qəbul keçirilb

Kürdəmirin Xırdapay kəndində səyyar qəbul keçirilb


16-01-2020, 13:10. Yazar: sevinc1
Kürdəmirin Xırdapay kəndində səyyar qəbul keçirilb

Yanvarın 16-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Xırdapay kənd inzibati ərazi dairəsinin Xırdapay və Qağacılı kəndlərinin sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbul-görüşü giriş nitqi ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda kənd təsərrüfatı, xüsusilə pambıqçılıq, baramaçılıq yüksək sürətlə inkişaf edir.2019-cu ilin rayonumuz üçün uğurlu keçdiyini vurğulayan Ceyhun Cəfərov qeyd edib ki, ötən ildə rayonumuzda müasir standartlara cavab verən xalça fabrikinin, Asan Xidmət Kompleksinin, rayonumuzda məskunlaşmış məcburi köçkünlər üçün 563 mənzilli bütün sosial obyektləri olan şəhərciyin tikintisi başa çatdırılıb. Ceyhun Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd yollarının yenidən qurulması ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Kürdəmir rayonunda da uğurla icra olunur. Kürdəmir rayonunda Şilyan-Qarasu, Pirili-Muradxan-Sor-Sor, Karrar–Bağman–Böyük Kəngərli kəndlərinin avtomobil yollarının tikintisi başa çatdırılıb.Çıxışının sonunda vurğulayıb ki, hazırda rayonda Heydər Əliyev Fondunun təşəbbüsüü ilə qəzalı vəziyyətdə və istismara yararsız olan şəhər 7 saylı uşaq bağçası-körpələr evi sökülərək yerində 40 yerlik uşaq bağçası-körpələr evi , rayonun Yenikənd kəndində isə istismara yararsız tibb məntəqəsi sökülərək yenidən inşa edilir.Bundan əlavə Kürdəmir rayonunun E.Qurbanov adına Qarasu kənd tam orta məktəbi üçün 624 şagird yerlik yeni bina, şəhər 1 saylı tam orta məktəbinin binasında əsaslı yenidənqurma işləri aparılır.
Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi diqqət və qayğıları yüksək qiymətləndirdiklərini vurğuladılar.
Görüşdə kənd sakinlərinin təbii qaz, elektrik enerji, su təchizatı, sosial müdafiə, kənd təsərrüfatı, pay torpaqlarına gedən arxların təmizlənməsi, kəndarasiı yolların təmiri, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti elə yerindəcə həllini tapıb, digər problemlər barədə aidiyyəti təşkilatlara tapşırıq verilib.
Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət etdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Geri dön