Ana Sayfa > Aia TV / Şou-biznes > "Yola saldığımız il mənim üçün çox uğurlu oldu"

"Yola saldığımız il mənim üçün çox uğurlu oldu"


8-01-2020, 13:08. Yazar: sevinc1
"Yola saldığımız il mənim üçün çox uğurlu oldu"





2019-cu ilin yekunları ilə bağlı rəqqasə Renka Ağamuradova fikirlərini aia.az ilə bölüşüb.

İli uğurlu sayan rəqqasə 2020-ci il üçün yaxşı şeylər gözlədiyini açıqladı:

” 2019-cu ili özüm üçün uğurlu hesab edirəm. Bu il ən çox qardaş ölkə mətbuatının mənə yer ayırdığına sevindim. Bu illərimin bəhrəsidir. Bu il "Art Trilogy" adlanan klipi təqdim etdim. Həmçinin rəsmi saytım açıldı. Hər il sənətim üzərində daha çox işləməyə çalışıram. Qaldı ki, 2020-ci ilə, hamımız kimi mənim də gözləntilərim çoxdur. Hər dəfə olduğu kimi yeni ildə yalnız müsbət hadisələr gözləyirəm. Sözsüz ki, daha böyük uğurlar əldə etmək üçün yenə də əlimdən gələni edəcəyəm. Mən bütün Azərbaycan xalqına yalnız xoş günlər diləyirəm. Allah hər zaman bizi sevindirsin”.


aia.az
Geri dön