Ana Sayfa > Manşet / Gündəm / Seçilənlər-1 > “Gəncə Körpü Tikinti-2” – gələcəyə aparan yollar

“Gəncə Körpü Tikinti-2” – gələcəyə aparan yollar


13-12-2019, 12:14. Yazar: sevinc1
“Gəncə Körpü Tikinti-2” – gələcəyə aparan yollar





Bu gün ölkə ərazisində mövcud yolların təmir və bərpası, yeni yolların, körpü və tunellərin salınması bir tərəfdən Azərbaycanın iqtisadi inkişafının göstəricisi kimi çıxış edir, eyni zamanda da bu, inkişafın hərəkətverici amillərindən biri kimi böyük əhəmiyyət kəsb edir. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi respublikamızın bütün şəhər və rayonlarında quruculuq və abadlaşdırma işlərinin böyük vüsətlə həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Bu baxımdan “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyətinin məhsuldar fəaliyyəti də diqqəti cəlb edir. Bu fəaliyyət öz təzahürünü ölkə ərazisində körpülərin, avtomobil yollarının, tunellərin tikintisində tapır.

“Gəncə Körpü Tikinti-2” ASC 1975-ci ildə 2 saylı Körpü Tikinti İdarəsi kimi yaradılmışdır. 2001-ci ildən Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Müəssisənin 45 illik istehsalat təcrübəsi vardır. Bu müddət ərzində kollektiv tərəfindən xeyli sayda körpü keçidləri, yolötürücüləri tikilmiş, avtomobil yolları salınıb istifadəyə verilmişdir.

Müəssisənin maşın parkında dünyanın qabaqcıl texnika istehsalçılarının istehsal etdikləri Mercedes Benz, Ford, Kamatsu, Kato, Mann, Liebherr, Bomaq, Caterpillar, Casagrande, Solimec və s. markalı, yük maşınları, qreyderlər, buldozerlər, ekskavatorlar, qazma aqreqatları, müxtəlif tonnajlı mobil kranlar, yolbasan maşınlar (katok), yükləyicilər, asfalt yayan maşınlar, qoşqular, yarımqoşqular, beton mikserləri və s. bu kimi texnikalar vardır. Əlavə olaraq, “Oğuz-Qəbələ-Bakı” Su kəməri layihəsi üzrə də müəssisə, 2007-ci ildə dünyanın aparıcı texnika istehsalçısı olan zavodlardan KAMATSU GD705A-4 markalı qreyder, KAMATSU PC300-7 EO, KAMATSU PC350-7 EO, KAMATSU PC400LC-7 EO tipli, markalı ekskavatorlar, KAMATSU WA430-5 və KAMATSU WB93R-5 markalı yükləyicilər, MERCEDES 3340K və FORD 3430 markalı yük maşınları alaraq, texniki bazasını daha da gücləndirmişdir.



“Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti respublika ərazisində müasir standartlara cavab verən bir çox körpü və keçidlər inşaa etmişdir və bu gün də etməkdədir. Müəssisənin yüksək keyfiyyətlə inşaa etdiyi körpülərə və keçidlərə misal olaraq, Yevlax rayonunda “Şorsu” kanalı üzərindəki körpü keçidini, Yenikənd-Blix avtomobil yolunda, “Gəncə-Şəmkir avtomobil yolunun bərpası və yenidənqurulması” işləri üzrə 6 ədəd körpü keçidlərini, Qaraçay üzərində körpü keçidini, Ağstafa rayonu Həsənsu çayı üzərində körpü keçidini, Qazax şəhərinə giriş avtomobil yolunun 8 km-də Ağstafa çay üzərində körpü keçidini, Bakı-Ələt avtomobil yolunun 22-69 km-də 7 ədəd körpü keçidlərini, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsindəki yolötürücüsüsünü, Qazax rayonu, II Şıxlı kəndi ərazisində Xramçay körpü keçidini, Qəbələ-Bum-Tikanlı Abrıx avtomobil yolunun 12 km-də Qaraçay üzərində körpü keçidini, Sabunçu rayonu ərazisində dəmiryolu üzərindəki körpünü, Suraxanı dairəsi yaxınlığında yolqovşağını, M. Hadi küçəsi ilə Babək prospektinin kəsişməsindəki və Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsindəki yolqovşağı kompleksini, Kürdəmir-Ucar a/y (KM 0+000 – KM 42+056) tikintisi üzrə 3 ədəd körpüləri və 2 ədəd yeraltı piyada keçidlərini, Ələt-Masallı Avtomobil Yolunun (0-9 KM) 1A hissəsinin tikintisi üzrə 2 ədəd yol qovşağıni və 1 ədəd yeraltı piyada keçidini, “Yevlax-Gəncə Avtomobil Yolunun 4 zolaqlı səviyyədə genişləndirməklə tikintisi” layihəsi üzrə 8 ədəd körpü keçidini və 7 ədəd yol qovşağını, Gəncə Dolama Yolunun “Bərpası və Yenidənqurulması” layihəsi üzrə 4 ədəd körpü keçidlərini qeyd etmək olar.

Xüsusi olaraq qeyd etmək istərdik ki, “Gəncə Körpü Tikinti-2” ASC ilk dəfə Azərcaycan Respublikasinda ölkə prezidentinin “Bakı şəhərində Nəqliyyat Sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı” sərəncamına müvafiq olaraq yanaşma divarları ilə birlikdə uzunlugu 2 km-dən artıq olan nəhəng körpü kompleksinin inşaasını uğurla tamamlayaraq istismara vermişdir.

Bu gün ASC dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıqlar edir. Tikintidə istifadə olunan qəliblər dünyanın qabaqcıl istehsalçılardan olan “PERİ” şırkətində, deformasiya tikişləri Fransa təmsilçısı olan “Freysaş Freysinet” şirkətində, rezin dayaq hissələri “Arsan Kaucuk” və “Maurer” firmalarında istehsal olunub.

Təbii ki, bütün bu uğur və nailiyyətlər az zəhmət bahasına əldə olunmayıb. “Gəncə Körpü Tikinti-2” ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədovun rəhbərlik etdiyi böyük kollektivin hər bir üzvü qarşıya qoyulan məqsəd və vəzifələrin uğurlu icrasını təmin etmək üçün hər zaman bütün səy və bacarıqlarını səfərbər edirlər. Sözsüz ki, hər bir müəssisənin effektiv fəaliyyəti ilk növbədə onun rəhbərliyinin peşəkarlığına bağlıdır. Məhz bu baxımdan da zəngin iş təcrübəsinə sahib olan peşəkar mühəndis Aqibət Məmmədovun həm müəssisədə tətbiq etdiyi idarəçilik üsulları, həm də sırf peşə fəaliyyəti yüksək qiymətləndirilir. Müəssisə rəhbərliyinin başlıca məqsədi daim irəli getmək, elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə etmək, yeni istehsal texnologiyalarına yiyələnmək, görülən işləri beynəlxalq standartlar səviyyəsinə qaldırmaq, tapşırıqları keyfiyyətlə, təhlükəsiz, vaxtında, ekoloji və əmək mühafizəsi tələblərini pozmadan yerinə yetirmək və işçi personalının rifah halını yaxşılaşdırmaqla yanaşı, dövlətimiz üçün infrastrukturların inkişaf etdirilməsinə nail olmaqdır. Vurğulamaq istərdik ki, Aqibət Məmmədovun məhsuldar fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Aqibət İdris oglu Məmmədov Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətinə görə “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb.

Əminliklə demək olar ki, Aqibət müəllimin rəhbərliyi altında “Gəncə Körpü Tikinti-2” ASC-nin kollektivi bundan sonra da ölkənin yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramlarının həyata keçirilməsi istiqamətində öz səmərəli fəaliyyətlərini uğurla davam etdirəcək və bu sahədə əldə olunan nailiyyətlərdə onların da öz payları olmasından hər zaman qürur duyacaqlar.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov

Geri dön