Ana Sayfa > İdman > Salyan idmançıları Dünya kubokunda uğurlu nəticələr əldə etdilər

Salyan idmançıları Dünya kubokunda uğurlu nəticələr əldə etdilər


12-12-2019, 10:14. Yazar: sevinc1
Salyan idmançıları Dünya kubokunda uğurlu nəticələr əldə etdilər



06-09 dekabr 2019-cu il tarixlərdə Bakı İdman Sarayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Budo Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında budo döyüş növləri üzrə Dünya kuboku keçirilmişdir.
Yarışda 14 ölkədən 900-dək idmançı iştirak etmiş və Yarışlar semi-kontakt, full-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçirilən Dünya Kubokunda Salyan komandasının 4 idmançısı Salyan komandası təcrübəli məşqçi-müəllim Rahil İsgəndərovun rəhbərliyi ilə müvəffəqiyyətlə iştirak etmiş və uğurlu nəticələr qazanmışdır
Gənclər arasında

55 kq Niftizadə Muhəmmədəli Kərim oğlu I yer (2001-ci il təvəllüdlü, şəxsi məşqçisi Rahil İsgəndərov)
Gözəlov Mərhəmət Elçin oğlu III yer (2001 ci il təvəllüdlü, şəxsi məşqçisi Rahil İsgəndərov)
Gənclər 60 kq
Abıyev Baqir Səlim oğlu I yer (2002- ci il təvəllüdlü, şəxsi məşqçisi Rahil İsgəndərov)
Kişilər 91 + kq
Əliyev Ərzuman Arif oğlu II yer (1994-cü il təvəllüdlü, şəxsi məşqçisi Rahil İsgəndərov)

Qazanılan qələbə münasibətilə Salyan rayon Gənclər və İdman İdarəsində qalib idmançılarla görüş keçirilmişdir. Dünya kuboku qaliblərini təbrik edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov rayonda bədən tərbiyəsi və idmanın inkişafı və kütləviliyinin yüksəldilməsi, perspektivli idmançıların aşkar edilməsi və pəşəkər idmançıların yetişdirilməsi istiqamətində görülən işlərdən söz açdı. Qeyd etdi ki, Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin sədri Prezident cənab İlham Əliyev tərəfindən idmana və idmançılara göstərilən yüksək qayğı bu gün idmançılarımızı daha böyük qələbələr, daha parlaq uğurlara səsləyir, idmançılarımızda böyük inam və ruh yüksəkliyi yaradır. Qalib adını qazanmış idmançılar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələrlə təltif edildilər.
Qələbə münasibəti ilə İdmanılarımızı təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq!


aia.az









Geri dön