Ana Sayfa > Siyasət > YAP seçki siyahısını nə vaxt açıqlayacaq?

YAP seçki siyahısını nə vaxt açıqlayacaq?


10-12-2019, 13:19. Yazar: sevinc1
YAP seçki siyahısını nə vaxt açıqlayacaq?


2020-ci il fevralın 9-da ölkədə keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkiləri ilə bağlı böyük əksəriyyət hakim Yeni Azərbaycan Partiyasının (YAP) seçici siyahısını gözləyir.

YAP-ın neçə dairədən namizəd verəcəyi, seçki siyahısına kimlərin düşəcəyi ciddi maraq doğurur. Seçkinin taleyinə əhəmiyyətli təsir edəcək YAP seçki siyahısı nə vaxt açıqlanacaq?

Axar.az-a açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki, partiya seçki siyahısını yaxın vaxtda təqdim edəcək:

“Hələlik dəqiq tarix məlum deyil, ancaq partiyamızın seçki siyahısı bir neçə gün sonra ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, YAP-ın seçki siyahısını 10 dekabra qədər açıqlayacağı barədə qeyri-rəsmi məlumat yayılmışdı.

aia.az
Geri dön