Ana Sayfa > Gündəm > Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib -

Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib -


9-12-2019, 16:30. Yazar: sevinc1
Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib -


Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

aia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncamda deyilir:

"Dövlət Neft Fondu Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri".

aia.az
Geri dön