Ana Sayfa > İqtisadiyyat > Azərbaycanla Rusiya arasında 3 sənəd imzalandı

Azərbaycanla Rusiya arasında 3 sənəd imzalandı


9-12-2019, 16:13. Yazar: sevinc1
Azərbaycanla Rusiya arasında 3 sənəd imzalandı


Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclası çərçivəsində 3 sənəd imzalanıb.

aia.az xəbər verir ki, tədbirdə iclasın protokolu, Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksində əməkdaşlıq proqramı və 2020-2022-ci illər üçün turizm sahəsində əməkdaşlıq proqramı imzalanıb.

Sənədləri komissiyanın həmsədrləri - Baş Nazirin müavini Şahin Mustafayev və Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin imzalayıblar.

aia.az
Geri dön