Ana Sayfa > Dünya > Kiyevdə deputata silahlı hücum edildi -

Kiyevdə deputata silahlı hücum edildi -


2-12-2019, 09:55. Yazar: sevinc1
Kiyevdə deputata silahlı hücum edildi -



Ukrayna paytaxtının mərkəzində Kiyev Vilayət Şurasının deputatı Vyaçeslav Sobolevin avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub.

aia.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Lev Tolstoy və Tarasovskaya küçələrinin kəsişməsində baş verib.

"Range Rover" markalı maşına silahlı hücum nəticəsində deputatın üç yaşlı oğlu ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Vyaçeslav Sobolev 2015-ci ildə "Petr Poroşenko bloku" partiyasından Kiyev Vilayət Şurasının deputatı seçilib. O, həmçinin "Objora" restoranlar şəbəkəsinin təsisçisi və rəhbəridir.

aia.az
Geri dön