Ana Sayfa > Ölkə > Qobustanda palçıq vulkanları ilə bağlı böyük kompleks yaradılacaq

Qobustanda palçıq vulkanları ilə bağlı böyük kompleks yaradılacaq


29-11-2019, 14:16. Yazar: sevinc1
Qobustanda palçıq vulkanları ilə bağlı böyük kompleks yaradılacaq


"Növbəti ildən etibarən Qobustan rayonundakı palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub".

aia.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Azərbaycan Turizm Sammitində bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı layihələndirmə işləri yekunlaşdırılıb.

Aparat rəhbəri əlavə edib ki, bu gün palçıq vulkanlarının ərazisində xoş olmayan mənzərə var: "Proses kortəbii şəkildə koordinasiya edilir. Problemlərin aradan qaldırılması üçün belə bir kompleksin inşası lazım idi. Kompleks Azərbaycana səfər edən turistlərə palçıq vulkanları ilə bağlı ətraflı informasiya əldə etmək imkanı verəcək. Kompleksdə turistlər üçün müxtəlif cür xidmətlər təşkil ediləcək".

aia.az
Geri dön