Ana Sayfa > Manşet / Siyasət > Milli Məclis gələn ilin büdcəsini qəbul etdi

Milli Məclis gələn ilin büdcəsini qəbul etdi


29-11-2019, 12:43. Yazar: sevinc1
Milli Məclis gələn ilin büdcəsini qəbul etdi


Milli Məclisin iclası başlayıb.

aia.az-ın məlumatına görə, iclasın gündəliyinə 22 məsələ daxildir.

İclasda Baş nazir Əli Əsədov da iştirak edir.

İclasda “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Həmçinin “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Əmək pensiyaları haqqında” qanunda, “Məşğulluq haqqında” qanunda, “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik layihələri üçüncü oxunuşda qəbul edilib.

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də üçüncü oxunuşda qəbul olunub.

Həmçinin Milli Məclisin 2020-ci il üçün xərclər smetası və Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası təsdiqlənib.

aia.az
Geri dön