Ana Sayfa > Manşet / Gündəm / Seçilənlər-2 > Mehriban Əliyeva onlara təşəkkür etdi

Mehriban Əliyeva onlara təşəkkür etdi


26-11-2019, 15:56. Yazar: sevinc1
Mehriban Əliyeva onlara təşəkkür etdi


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində ünvanına gələn təbriklərə görə təşəkkür edib.

aia.az təşəkkür mətnini təqdim edir:

"Hörmətli həmvətənlər!

Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyim münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş, səmimi sözlərə görə sizə təşəkkür edirəm.

Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar diləməyiniz mənim üçün ən gözəl ilham mənbəyidir.

Çox sağ olun!

Sevgilərlə,

Sizin Mehriban".

aia.az
Geri dön