Ana Sayfa > Karusel / Ölkə > Zəhərlənərək ölən tələbə qızın

Zəhərlənərək ölən tələbə qızın


22-11-2019, 12:47. Yazar: sevinc1
Zəhərlənərək ölən tələbə qızın


Xəbər verdiyimiz kimi, ötən gün Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi olub. Hadisə barədə Təcili Tibbi Yardıma məlumat verilib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.
Azvision.az -ın məlumatına görə, tələbələrdən Həmidə İbadova və Dürrubə Quliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər tələbə, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova isə dünyasını dəyişib.

Ölən qız BDU-nun Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətovadır. Əslən Qusar rayonundan olan Ş.Xasmətova nişanlı olub və yayda onun toyu olacaqdı.



Qeyd edək ki, hazırda müalicə alan tələbə qızların vəziyyəti ağır-stabil qiymətləndirilir.


aia.az
Geri dön