Ana Sayfa > Karusel / Səhiyyə > Azərbaycanda 6 hakim işdən çıxarılıb

Azərbaycanda 6 hakim işdən çıxarılıb


22-11-2019, 10:02. Yazar: sevinc1
Azərbaycanda 6 hakim işdən çıxarılıb


Azərbaycanda kobud pozuntulara yol verən 6 hakim vəzifəsindən azad edilib.

Azvision.az xəbər verir ki, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov rəsmi qəzetdə dərc olunan məqaləsində bildirib.
Nazirin sözlərinə görə, Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən ötən müddət ərzində 50-ə yaxın məhkəmədə monitorinqlər aparılıb, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə 41 hakim barəsində intizam icraatlarına baxılıb, o cümlədən 6 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, digərləri barəsində müxtəlif intizam tənbehi tədbirləri görülüb.


aia.az
Geri dön