Ana Sayfa > Karusel / Cəmiyyət > Gədəbəydə növbəti rüsvayçılıq

Gədəbəydə növbəti rüsvayçılıq


21-11-2019, 18:32. Yazar: sevinc1
Gədəbəydə növbəti rüsvayçılıq


Rayondan indi aldîğımız məlumata görə rayon RİH başçısı Daryurd kəndində görüş keçirərkən binanın dösəməsi sınıb ,qəbula gələnlər döşəmənin altına tökülüblər.Xəsarət alanlar var.

İndi icra hakimiyyəti məlumat verəcək ki, bina köhnə idi təmiri üçün vəsait ayrılmayıb.Qəza da ona görə baş verdi.Biz isə sual veririk .Bu sualı həm də ölkənin Maliyyə Nazirliyini faktiki idarə edən Azər Bayramova veririk. Hazırda rayon İcra hakimiyyətinə əlavə çox bahalı bir bina tikilir. Rayon icra hakimiyyəti son illərdə dəfələrlə təmir edilib.Bu orqanın səlahiyyəti kifayət qədər azaldılıb. Belə olduğu halda rayon icra hakimiyyətinə əlavə bina tikməyə ehtiyac varmı? Bu tikinti üçün vəsaiti həmin qəzalı binaların yenilənməsinə istifadə etmək olmazmı?

Onu da qeyd edək ki ,hazîrda İcra hakimiyyətinin qarşısindan keçən yol kəsilir və ora bahalı daşlarla üzlənilir. Əhali heyrət içindədir .Ölkə başçısı başçılar qarşısında yeni tələblər qoyur.Yevlaxın icra basçısı İh qarşısından keçən yolu açır.Bu rayonun başçısı təmtəraq axtarır rayonun ən gediş gəlişli yolunu kəsir.

aia.az
Geri dön