Ana Sayfa > Cəmiyyət > Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda hiss olundu

Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda hiss olundu


19-11-2019, 13:38. Yazar: sevinc1
Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda hiss olundu



Noyabrın 19-da Naxçıvan stansiyasından 125 kilometr cənub-qərbdə - Türkiyə-İran sərhədində maqnitudası 5 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən aia.az -a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:14-də qeydə alınıb.

Ocağı 44 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasının cənub-qərb hissəsində episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.

aia.az
Geri dön