Ana Sayfa > Gündəm > Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb

Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb


19-11-2019, 09:54. Yazar: sevinc1
Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb


Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb.

Trend-in məlumatına görə, ötən müddət ərzində ölkədəki hakimlərin sayında da artım müşahidə edilir.

2015-ci ildə ölkə üzrə hakimlərin sayı 513 nəfər olub. 2018-ci ildə isə onların sayı 571-ə yüksəlib. Ölkədəki hakimlərin böyük hissəsi kişilərdir.

2015-ci ildə qadın hakimlərin sayı 62 olduğu halda, 2018-ci ildə onların sayı 84-ə yüksəlib.

Ötən il kişi hakimlər bütün hakimlərin 85, qadın hakimlər isə 15 faizini təşkil edib.

aia.az
Geri dön