Ana Sayfa > Manşet / Ölkə > Zəngilan – sosial problemlər daim diqqət mərkəzindədir

Zəngilan – sosial problemlər daim diqqət mərkəzindədir


12-11-2019, 13:19. Yazar: sevinc1
Zəngilan – sosial problemlər daim diqqət mərkəzindədir




Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən keçirilən qəbul-görüşlər yüksək intensivliyi ilə diqqəti cəlb edir

“Həqiqət carçıları”nın hədəfə aldıqları növbəti dövlət məmuru Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov oldu. Nə qədər qəribə səslənsə də, mətbu orqanlarından birinə məxsus saytda dərc olunmuş materialda R.Həsənova qarşı irəli sürülən əsas ittiham icra başçısının guya ki, vətəndaşları qəbul etməməsi ilə bağlıdır. Halbuki, məhz Zəngilan RİH-nin keçirdiyi qəbul-görüşlər daha yüksək intensicliyi ilə seçilir.

Dərc olunmuş materialda qeyd olunmuş belə bir ifadə diqqətimi cəlb etdi: “Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra əhalisi əksər rayonlara yayılıb. Məcburi köçkün həyatı, yurd həsrəti çəkən bu insanların böyük əksəriyyəti sosial-iqtisadi problemlər içində boğulur. Zəngilanın icra başçısı Ramiz Həsənov isə rayon əhliylə nə görüşür, nə dərdlərini dinləyir, nə də problemlərinin həlli üçün addım atır...” Əgər müəllifin iddia etdiyi kimi, Ramiz Həsənov əhali ilə görüşmürsə, bu zaman təkcə oktyabr ayı ərzində keçirilmiş beş səyyar qəbul-görüşdə iştirak edən kim olub? Yox əgər sadəcə olaraq müəllifin bu tədbirlərdən xəbəri yoxdursa, onda biz onu məlumatlandırmağı özümüzə borc bilirik.

Qızılburunda qəbul-görüş



Beləliklə, oktyabrda ilk səyyar qəbul-görüş ayın 1-də Hacıqabul rayonu, Qızılburun qəsəbəsində məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirilib. Həmin görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov ilk növbədə çıxış edərək, cənab Prezidentin apardığı uğurlu siyasəti nəticəsində respublikamızda qazanılan nailiyyətlərdən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb. Daha sonra icra hakimiyyətinin başçısı sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə müraciətləri dinləyib. Ayrı-ayrı sahələrə dair məsələlərin çoxu yerində həll edilib, bəzilərinin isə həlli nəzarətə götürülüb.

Sahil qəsəbəsində səyyar qəbul

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu 8 oktyabr 2019-cu il tarixdə Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 16 nömrəli Peşə liseyinin binasında məskunlaşan məcburi köçkünlərlə keçirilib. Bu görüşdə də sakinlərin problemləri dinlənilib və qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə qurum rəhbərlərinə tapşırıqlar verilib.

PA-nın məsul əməkdaşı qəbulda iştirak edib



Həmçinin oktyabr ayının 16-da Binəqədi rayonu, Binəqədi kənd Mədəniyyət evinin binasında yaşayan zəngilanlı məcburi köçkünlərlə keçirilib. Bu görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağa-Əli Əhmədov, RİH başçısı Ramiz Həsənov, aparatının məsul işçiləri, rayon idarə və müəssisə rəhbərləri iştirak ediblər. Digər görüşlərdə olduğu kimi, bu qəbulda da sakinlərin müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb və digər məsələlərlə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilib .

Başçı Sumqayıtda qəbul keçirib



Prezident İlham Əliyevin tapşırığına əsasən sakinlərin sosial problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan RİH başçısı Ramiz Həsənovun növbəti səyyar görüşlərindən biri də 22 oktyabr tarixində Sumqayıt şəhəri, 15-ci məhəllədə məskunlaşan məcburi köçkünlərlə keçirilib. Rayon İcra Hakimiyyəti başçısı ölkədə uğurla davam etdirilən sosial-iqtisadi inkişafdan, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışıb. Daha sonra rayon rəhbəri sakinlərin problemlərini dinləyib. Hər dəfə olduğu kimi, bəzi məsələlər yerində həll olunub, digərlərinin həlli ilə əlaqədar aidiyyəti üzrə qurum rəhbərlərinə tapşırıqlar verilib.

Oktyabrın son qəbul-görüşü

Bu görüş oktyabr ayının 30-da Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək-1 də yeləşən yataqxanada məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirilib. Qəbulda RİH aparatının məsul işçiləri, rayon idarə və müəssisə rəhbərləri iştirak edibər. Görüşdə ilk öncə Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək Azərbaycanın sürətli və hərtərəfli inkişafından danışıb. Daha sonra sakinlərin problemləri dinlənilib. Bəzi məsələlər yerində həllini tapıb, digər müraciətlər barədə aidiyyəti üzrə tapşırıqlar verilib.



Göründüyü kimi, sözügedən materialda Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənova qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır. Yaxşı olardı ki, bəzi həmkarlarımız ən azından ərazisi müvəqqəti işğal altında olan rayonlarımız barədə yazı hazırlayarkən bir qədər daha artıq həssaslıq və obyektivlik nümayiş etdirsinlər.


aia.az
Abbas Abbasov
Elbrus Bağırov

Geri dön