Ana Sayfa > Manşet / Gündəm > Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib


12-11-2019, 10:47. Yazar: sevinc1
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib


Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində 12 noyabr - Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!”

aia.az


Geri dön