Ana Sayfa > Təhsil > Misir Mərdanov:

Misir Mərdanov:


6-11-2019, 14:48. Yazar: sevinc1
Misir Mərdanov:


"Biz gənclərimizin taleyini müəllimə həvalə ediriksə, onların hörmətini, nüfuzunu artırmaq barədə düşünməliyik. Müəllimə oldu-olmadı böhtan atmaq olmaz".
Azvision.az -ın məlumatına görə, bunu keçmiş Təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, bir müəllim hansısa səhv iş görübsə, onu bütün müəllimlərin adına yaymaq olmaz:

"Həmişə belə hallara qarşı olmuşam. Bir dəfə jurnalistlər yığışmışdı və onlara dedim ki, Azərbaycanda 100 mindən çox müəllim var, biriniz deyin görüm, hansı bir müəllim haqqında yaxşı oçerk yazmısız? Heç biri dillənmədi. Bütün müəllimlər rüşvətxordumu, pisdirmi? Bu fikirlə qətiyyən razı deyiləm. Hər zaman yaxşı müəllimlərimiz olub. Biz onlarla fəxr etməliyik. Azərbaycanda müəllimin statusu qalxmalıdır. Azərbaycanın gələcəyini müəllimlərə həvalə edirik. Müəllimlər haqqında yalan məlumat yaymaq olmaz".


aia.az
Geri dön