Ana Sayfa > Karusel / Səhiyyə > Səhiyyə Nazirliyi:

Səhiyyə Nazirliyi:


6-11-2019, 10:07. Yazar: sevinc1
Səhiyyə Nazirliyi:



Göyçayda rayon mərkəzində "Qazel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan 3-ü lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. 4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Geri dön