Ana Sayfa > Karusel / Gündəm > Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb

Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb


5-11-2019, 17:20. Yazar: sevinc1
Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb


Heydər Əliyev Fondu hüquq-müdafiəçisi Oktay Gülalıyevin müalicəsini öz üzərinə götürüb.

Azvision.az -ın məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olacaq.

Fond Oktay Gülaliyevin müalicəsi üçün Türkiyədən həkimlər dəvət edib.

Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Hazırda müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.

aia.az
Geri dön