Ana Sayfa > Siyasət / Manşet / Karusel > Nazirlərimiz harada istirahət edəcəklər?

Nazirlərimiz harada istirahət edəcəklər?


7-07-2015, 14:04. Yazar: admin



Yay fəslinin gəlməsi dünyanın hansı nöqtəsində olmasından aslı olmayaraq, bütün insanlarda itirahət etmək tələbatı yaradır

İlin böyük bir hissəsini işləyib yorulan insanlar heç olmasa bir ay dincəlmək barədə düşünürlər. O cümlədən də yüksək postlarda əyləşən dövlət məmurlarımız…

Maraqlıdır, Azərbaycanda yüksək post tutan vəzifə sahibləri məzuniyyət şanslarından istifadə edib istirahətə yollanacaqlarmı və tətillərini harada keçirəcəklər?

Aia.az xəbər verir ki, Azvision.az bu suala cavab tapmağa çalışıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hələ istirahətə çıxmayıb. Nazirlikdən verilən məlumata görə, nazir hazırda iş başındadır. Onun məzuniyyətə nə zaman çıxacağını isə yalnız özü bilir.

Hər il məzuniyyət hüququndan istifadə edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hələ tətilə çıxmağa tələsmir. Yəqin ki, nazir istirahət hüququndan iyul, yaxud avqust aylarında istifadə edəcək.

İlk Avropa Oyunlarına görə, ciddi rejimdə çalışan gənclər və idman naziri Azad Rəhimov hələ də var gücü ilə çalışır.

Onun nə zaman tətilə çıxacağı bəlli olmasa da, növbəti illərdəki tədbirlərə hazırlaşmaq üçün yəqin ki, nazir paytaxtdan uzaqlaşıb dincələcək.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov hazırda xidməti vəzifəsini yerinə yetirir, hələ məzuniyyətə çıxmaq barədə düşünmür.

Jurnalistlərin zənglərinə şəxsən özü cavab verib, suallarını daim mehribanlıqla cavablandıran kənd təsərrüfatı naziri Heydər Əsədov yayın isti günlərində iş başındadır.

Görünür, nazirlərimizin əksəriyyəti kimi səhiyyə naziri Oqtay Şirəliyev məzuniyətini çox güman ki, növbəti aylarda götürəcək. Nazir hazırda dincəlməyi düşünmür.

Bunu təhsil naziri Mikayıl Cabbarova da aid etmək olar. O, hazırda xidməti vəzifəsini yerinə yetirir və məzuniyyət hüququndan istifadə etməyib.

Energetika naziri Natiq Əliyev hər il yay tətilinə çıxsa da, bu il məzuniyyətə çıxmayıb.

O cümlədən, müdafiə sənayesi naziri Yavər Camalov, maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev də imkan edib məzuniyyətə çıxa bilməyən məmurlardandır və hazırda iş başındadırlar.

Ədliyyə naziri Fikrət Məmmədov həmkarlarından fərqli olaraq məzuniyyətə çıxmağı düşünür. Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, ola bilsin ki, nazir bu ayın axrı istirahətə yollanacaq.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun isə hələ məzuniyyət götürmək kimi niyyəti yoxdur.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və baş nazirin müavini Əli Həsənov hələ iş başındadır və bu il məzuniyyətə çıxmayıb.

Bunu komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib. Onun sözlərinə görə, Əli Həsənovun nə zaman məzuniyyətə çıxacağı məlum deyil.
Geri dön