Ana Sayfa > Cəmiyyət > Qusarda hündürlükdən dərəyə düşən şəxsin axtarışları aparılır

Qusarda hündürlükdən dərəyə düşən şəxsin axtarışları aparılır


22-10-2019, 11:35. Yazar: sevinc1
Qusarda hündürlükdən dərəyə düşən şəxsin axtarışları aparılır


Qusarda hündürlükdən dərəyə düşən şəxsin axtarışları aparılır.

Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən xəbərdə deyilir ki, oktyabrın 21-də saat 18:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qusar rayonunun Buğur kəndi ərazisində, mürəkkəb relyefli yüksək dağ massivində 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun hündürlükdən yıxılaraq dərəyə düşdüyü ehtimal olunur.

Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.



aia.az
Geri dön